MSK-da şikayətlərə baxıldı

02.11.2015 22:21     Siyasi reaksiya     1844

Noyabrın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Reaksiya.az-ın məlumatına görə, MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il 28 oktyabr və 29 oktyabr tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada operativ şəkildə araşdırılaraq iclasa çıxarılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

Şərhlər