Zakir Həsənov Qazaxıstana getdi
03.11.2015 13:56 Siyasi reaksiya 1984
Noyabrın 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan müdafiə naziri İmanqali Tasmaqambetovun dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qazaxıstanın Müdafiə Nazirliyində görüşləri, hərbi təhsil müəssisələri və hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.
Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.
Səfər noyabrın 5-dək davam edəcək.
Şərhlər