Rusiya mətbuatı oxucularına izah edir - "AKP mütləq zəfər qazanıb, Ərdoğan nə istəyir?"

04.11.2015 10:15     Siyasi reaksiya     2375

1 noyabr seçkilərinin nəticələrinin əks-sədası hələ də davam edir. Rus qəzetləri və internet saytları da seçki nəticələrini AKP -nin "mütləq zəfəri" kimi tənqid edib. Reaksiya.az xəbər verir ki, verilən şərhlərdə, Ərdoğanın konstitusiya dəyişikliyi ilə siyasətə daha çox səlahiyyət ilə geri dönmək istədiyi oxuculara izah edilib.

Novaya İzvestiya: "MÜTLƏQ İQTİDAR"

"Türkiyədə prezident Ərdoğanın partiyası açıq fərqlə seçkiləri qazanıb. Ölkədə seçkilər AKP-nin müzakirəsiz zəfəri ilə nəticələnib. İndi təkcə  HDP – nin yetərsayı keçməsi, prezident Ərdoğanın konstitusiya dəyişikliyinə gedərək Türkiyəyə prezidentlik sistemi gətirməsini maneə törədə bilər. Sol seqmenti təsəlli edən yeganə məqam isə, HDP - nin mediada həyata keçirilən təbliğat müharibəsinə baxmayaraq parlamentə girməyi bacararaq AKP - nın konstitusiyanı dəyişdirəcək əksəriyyəti əldə etmələrinə maneə törətmək oldu".

Kommersant: "Türkiyə seçki nəticələrini Konstitusiya ilə pərçimləmək istəyirlər"

"Ərdoğan bu zəfər sayəsində üstün səlahiyyətlərə qovuşa bilər. Hakimiyyətin son dönəmlərdə aldığı aldığı tədbirlər Ərdoğan və Davudoğlunun milliyyətçi zümrədən də ciddi dəstək almasını təmin etdi".

Şərhlər