Rusiyada uşaqları radikal cərəyanlara qoşulan ailələrə - 500 min rubl cərimə

04.11.2015 11:13     Siyasi reaksiya     2393

Rusiyada İŞİD başda olmaqla son dövrdə artan radikal İslam təhdidinə qarşı müxtəlif tədbirlər gündəmə gəlməyə davam edir. Reaksiya.az “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, Dumaya təqdim edilən son qanunda, uşaqları radikal fikirlərə qoşulan valideynlərə pul cəzası verilməsi təklif edilib.

Kommunist Partiyanın insiativi ilə hazırlanılan qanunda, yetkinlik yaşında olmayan uşaqları radikal görüşlərin təsiri altına düşən valideynlərin 500 min rubla kimi cərimə ödəməsi təklif olunur.

Təhsil Nazirliyinin mövzuyla əlaqədar hazırladığı proqramda isə, yeniyetməlik dövründəki şagirdlərin radikal ünsürlərin təsiri altına düşməsinin qarşısının alınması üçün müxtəlif tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

İbtidai sinif müəllimləri üçün radikal fikirlərin təhlükələrinə qarşı şagirdləri xəbərdar zəruriliyi gətirilməsi, ali təhsil müəssisələrində da tələbələrin radikal cərəyanlara qoşulmasının qarşısını almaq üçün işlərin aparılması gündəmdədir.

Şərhlər