Bu işin öhdəsindən layiqincə gələcəyik - Hikmət Babaoğlu

04.11.2015 15:59     Siyasi reaksiya     2220

Azərbaycan Avropa ölkələri, müxtəlif təşkilatlar və institutlarla hər zaman davamlı münasibətlər qurub və bu əlaqələrin inkişafında maraqlı tərəf olub. Lakin son zamanlar bu münasibətlərdə müəyyən qədər soyuma hiss olunur.

Hazırda noyabrın 1-də keçirilən parlament seçkilərindən sonra növbəti 5 il ərzində Avropa ölkləri ilə münasibətlərin hansı müstəvidə olacağı maraq doğurur.

Növbəti beşillikdə parlamentin bu istiqamətdə hansı addımları atacağı ilə bağlı millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Reaksiya.az-a açıqlama verib.

O, Azərbaycanın xarici siyasətində Avropa ölkləri ilə əlaqələrin qurulmasının əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Azərbaycanın xarici siyasəti milli maraqlar əsasında formalaşdırılıb. Azərbaycanın xarici siyasətinin ən başlıca priotetlərindən biri Dağlıq Qarabağ probleminin həll olunmasıdır. Bu günə qədər Azərbaycan Parlamentinin fəaliyyəti də məhz Azərbaycanın maraqlarını, inkişafını təmin etmək istiqamətində olub. Eyni zamanda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı qərb ölkələrindən, Avropadan dəstək əldə etmək olub. Bundan sonra da parlamentin fəaliyyəti ilk növbədə ölkədə qanunverici orqan kimi üzərinə düşən vəzifələri yerinə yetirmək, ikincisi isə beynəlxalq əlaqələr platformasında Azərbaycanın maraqlarını qorumaqdan ibarətdir. V çağırış Milli Məclisdəkilər, yeni tərkib bu işin öhdəsindən layiqincə gəlməyi bacaracaq”. 

Şərhlər