İlham Əliyev Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət etdi - YENİLƏNİB

04.11.2015 16:16     Siyasi reaksiya     2104

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib.

Reaksiya.az xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə əklil qoydu.

16:29

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gedəcək.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki,  Azərbaycan və Gürcüstan prezidentlərinin ikitərəfli, eləcə də geniş formatda görüşləri olacaq. Görüşlərdən sonra siyasi, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil, elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə Bəyannamə imzalanması nəzərdə tutulur.

Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatla da çıxış edəcəklər.

Bununla yanaşı, prezidentin rəsmi səfəri çərçivəsində Gürcüstanın baş naziri, Gürcüstan parlamentinin sədri və bütün Gürcüstanın Patriaxı II İlya ilə görüşləri nəzərdə tutulub.

Rəsmi səfər çərçivəsində İlham Əliyev Marneulidə yaşayan azərbaycanlılarla da görüşlər keçirəcək.

Səfəri noyabrın 6-da başa çatacaq.

Şərhlər