Putin Azərbaycanla qarşılıqlı investisiyaların qorunmasını təsdiq etdi
04.11.2015 16:53 Siyasi reaksiya 1939
Rusiya Prezidenti Vladimir Putin RF və Azərbaycan hökumətləri arasında investisiyaların təşviqi və qarşıqlı qorunması haqqında sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, 2014-cü il sentyabrın 29-da Həştərxanda imzalanmış sənədin məqsədi iki ölkənin investorları üçün daha əlverişli rejim təqdim etməkdir.
Məlumatda deyilir: "Saziş Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalı ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasına yönəldilib".
Saziş 1992-ci il yanvarın 1-dən etibarən investorların yatırdığı sərmayələrə şamil edilir.
Şərhlər