Sabiq erməni nazir KTMT-yə baş katib gedir
04.11.2015 17:18 Siyasi reaksiya 2128
Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutyunyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təyin oluna bilər.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, rotasiya prinsipinə əsasən həm Avrasiya İqtisadi Birliyi, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sədrlik Ermənistana keçməlidir.
“Hakimiyyətdəki mənbələrimizə istinadən KTMT-nin baş katibi vəzifəsində Nikolay Bordyujanı sabiq müdafiə naziri Vaqarşak Arutyunyan əvəz edə bilər,” - deyə “Qraparak” qəzeti yazıb.
V. Arutyunyan özü isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Şərhlər