Dövlət komitəsindən saxta "məsul katib"lə bağlı - AÇIQLAMA

05.11.2015 11:37     Siyasi reaksiya     1898

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi özünü komitənin vəzifəli şəxsi kimi təqdim edən şəxslə bağlı açıqlama yayıb.

Reaksiya.az xəbər verir ki, ötən gün bəzi elektron xəbər portallarında özünü İrşad Hüseynov kimi təqdim edərək Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşadığını və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məsul katib vəzifəsində çalışdığını iddia edən şəxs barəsində bəzi məlumatlar dərc edilib.

Qurumun yaydığı açıqlamada deyilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində sözügedən vəzifə ştatı ümumiyyətlə mövcud deyil. Dövlət Komitəsinin Aparatında, həmçinin bölgə şöbələrində İrşad Hüseynov adlı şəxs çalışmır. Media mənsublarından xahiş olunur ki, hər hansı məlumatı yayımlamadan əvvəl həqiqətə uyğun olub-olmadığını Dövlət Komitəsi ilə dəqiqləşdirsinlər.

Şərhlər