Müdafiə naziri Qazaxıstanın baş naziri ilə görüşdü
05.11.2015 13:56 Siyasi reaksiya 1865
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstana rəsmi səfəri çərçivəsində noyabrın 5-də bu ölkənin Baş naziri cənab Kərim Məsimov ilə görüşüb.
Reaksiya.az Müdafiə Nazirliyinin saytna istinadən xəbər verir ki, görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, eyni zamanda ölkələrimizin Müdafiə nazirlikləri arasında əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı marağın olduğu bildirilib.
Şərhlər