İlham Əliyev Tbilisidə qəhrəmanlar memorialını ziyarət etdi - YENİLƏNİB 2

05.11.2015 16:31     Siyasi reaksiya     2193

Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib.

Reaksiya.az xəbər verir ki,burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev Qəhrəmanlar Memorialının önünə əklil qoydu.

Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirildi.

16:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib.

Reaksiya.az xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə əklil qoydu.

15:30

Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri başlayıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Tbilisi aeroportunda prezident İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

Daha sonra prezident Heydər Əliyevin Tbilisidə ucaldılmış abidəsi önünə gül dəstləri qoyub.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Gürcüstan prezidentlərinin ikitərəfli, eləcə də geniş formatda görüşləri olacaq. Görüşlərdən sonra siyasi, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil, elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə Bəyannamə imzalanması nəzərdə tutulur.

Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatla da çıxış edəcəklər.

Bununla yanaşı, prezidentin rəsmi səfəri çərçivəsində Gürcüstanın baş naziri, Gürcüstan parlamentinin sədri və bütün Gürcüstanın Patriaxı II İlya ilə görüşləri nəzərdə tutulub.

Rəsmi səfər çərçivəsində İlham Əliyev Marneulidə yaşayan azərbaycanlılarla da görüşlər keçirəcək.

Səfər noyabrın 6-da başa çatacaq.

Şərhlər