Axtarışda olan sabiq nazir yaxalandı
05.11.2015 17:30 Siyasi reaksiya 2221
Ukraynada Viktor Yanukoviçin prezidentliyi dövründə ədliyyə naziri vəzifəsində çalışmış və axtarışda olan Yelena Lukaş yaxalanıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) sözçüsü Yelena Qitlyanskaya öz “Facebook” səhifəsində yazıb. O, hadisə ilə bağlı xüsusi brifinq keçiriləcəyini bildirib.
Qeyd edək ki, Maydana qarşı cinayətlərdə və xidməti vəziyyətindən istifadə edərək dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan Yelena Lukaş 2015-ci il sentyabrın 10-da rəsmən axtarışa verilib. Daha əvvəl isə məhkəmə açılmış cinayət işi çərçivəsində sabiq nazirə məxsus 3 evə həbs qoyub.
Şərhlər