Azərbaycan prezidentini Gürcüstanda belə qarşıladılar - VİDEO

05.11.2015 18:17     Siyasi reaksiya     2013

Gürcüstan Prezident Sarayında bu ölkədə rəsmi səfərdə olan Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib.

Reaksiya.az xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev həmkarı Georgi Marqvelaşvili tərəfindən qarşılanıb. Fəxri qarovul dəstəsinin rəhbəri hər iki prezidenti salamlayıb, sonra dövlət himnləri səsləndirilib. Gürcüstanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə prezident Georgi Marqvelaşviliyə təqdim olunub.

Sonra Gürcüstan və Azərbaycan prezidentlərinin təkbətək görüşü başlayıb. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriləcək. Sonda hər iki prezident Bəyannamə imzalayacaq. Mətbuat konfransının keçirilməsi də nəzərdə tutulub.

 

Şərhlər