Azərbaycan prezidenti Gürcüstanın baş naziri ilə görüşdü

06.11.2015 15:44     Siyasi reaksiya     1690

Bu gün Tiflisdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq məsələləri, birgə həyata keçirilən iqtisadi və enerji layihələri müzakirə olunub. Hər iki tərəf əməkdaşlığın daha da möhkəmləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə investisiya məsələlərində əməkdaşlığa da diqqət yönəldilib.

Gürcüstanın baş naziri Azərbaycanın dövlət başçısını parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqına sülh, sabitlik və rifah arzulayıb.

Şərhlər