ABŞ kimi fövqəlgüc Qarabağ məsələsində ədalətli mövqeyini göstərməlidir - Umud Mirzəyev

06.11.2015 18:15     Siyasi reaksiya     1962

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri  Stephen Guice və səfirliyin məsul əməkdaşları Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisinə baş çəkiblər .

Reaksiya.az xəbər verir ki, örüşdə bir sıra məsələlər müzakirə olunub. Beynəlxalq Avrasiya Mətbuat Fondu və ABŞ səfirliyi arasında mövcud əməkdaşlıq, həyata keçirilmiş birgə layihələr müzakirə olunub.

BAMF-ın ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan vətəndaş cəmiyyətinə verdiyi töhfələrdən də söz açılıb. Görüş zamanı təşkilatın sədri Umud Mirzəyev bir daha Azərbaycanın işğal olunmuş torpaqlarına dair Minsk qrupu ölkələrinin, xüsusilə ABŞ-ın mövqeyi məsələsinə toxunub.

O bildirib ki, ABŞ kimi fövqəlgüc dövlət bu münaqişədə öz ədalətli mövqeyini ortaya qoymalı, Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə azad olunması prosesinə mütləq şəkildə öz töhfəsini verməlidir. Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Stephen Guice isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və bu mövqeyinin də dəyişməz olaraq qaldığını vurğulayıb. Sonra görüş gələcək layihələrin müzakirəsi ilə davam edib.

Şərhlər