Müdafiə naziri ABŞ Hərbi Dəniz Qüvvələri Katibi ilə görüşdü
07.11.2015 17:46 Siyasi reaksiya 1889
Noyabrın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi cənab Reymond Maybusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Reaksiya.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, beynəlxalq sülhməramlı missiyalarda uğurlu əməkdaşlıq, eləcə də hərbi təhsil, treninq və qarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlər müzakirə olunub.
Şərhlər