İsrail ilə Fransa arasında qarşıdurma

22.06.2015 08:35     Siyasi reaksiya     2376

Fransa xarici işlər naziri Laurent Fabius Fələstin prezidenti Mahmud Abbasdan sonra İsrail baş naziri Benjamin Netanyahu ilə Qüdsdə bir araya gəlib. Görüşə Netanyahunun görüşdən qısa müddət əvvəl Fabiusu eyham edərək söylədiyi sözlər damğa vurub.

Netanyahu: Fələstinlə müzakirələrdə beynəlxalq düşərgəyə rədd cavabı

Görüşdən əvvəl mətbuata etdiyi açıqlamada, İsrail ilə Fələstin arasında sülhün ancaq birbaşa danışıqlar yolu ilə reallaşacağını ifadə edən və “BMT – dən ya da kənardan məcburiyyətlə sülh əldə edilə bilməz" -deyən Netanyahunun sözlərini dəyərləndirən Fabius bu iddianı rədd edib. Yaxın Şərq səyahəti çərçivəsində İsraili də ziyarət edən, amma müzakirələrinin ölçüsünə müdaxilə etmək niyyətində olmadıqlarını ifadə edən Fabius, "Danışıqlar ekspert tərəflərin müəyyən edəcəyi bir şeydir, ancaq bu beynəlxalq dəstək ola bilməyəcəyi mənasına da gəlməz" - ifadələrinə yer verib.

Hər iki tərəfdə də müzakirələrə başlama niyyəti hiss etdiyini ifadə edən Fabius, bunu bir təşəbbüs çevirmək üçün Aİ, ABŞ və Rusiya ilə fikir mübadiləsi aparacağını qeyd edib. Eyni zamanda fransız xarici siyasətinin ruporu  Abbasla dövlət sahibi olmaq haqqında danışıb.

Fransız diplomatiyasının prioriteti və ortaya atdığı məsələnin “sülh və təhlükəsizliyin bərqərar” olduğunu ifadə edən Fabius Abbas ilə keçirdiyi görüşdən sonra mətbuata verdiyi açıqlamada, "Ziyarətimin məqsədi Fransanın düşüncələrini dostlara və ortaqlara çatdırmaq, onların da fikirlərini öyrənməkdir. İsrailin təhlükəsizliyi zəmanət altına alınmalı, Fələstinlilərə də bir dövlətə sahib olma haqqı verilməlidir”- deyib.

Şərhlər

Çox oxunanlar