İlham Əliyevin ölkəmizə səfərini yüksək qiymətləndirirəm - Gürcüstan XİN başçısı

10.11.2015 11:31     Siyasi reaksiya     1871

“Mən strateji tərəfdaş və qardaş ölkə olan Azərbaycanın dövlət başçısının Gürcüstana səfərinin nəticələrini yüksək qiymətləndirirəm”.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili deyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana iki günlük rəsmi səfəri mehriban dostluq şəraitində keçib:

“Görüşlərdə strateji  tərəfdaşlığımızın daha da  genişləndirilməsi məsələləri, münasibətlərimizin inkişafı ilə bağlı konkret təkliflər müzakirə olunub. Düşünürəm ki, bu cür səfərlər strateji tərəfdaşlığımızın, dostluq və qardaşlıq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir”.

Nazir onu da qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü planlaşdırılır. Lakin o, görüşün konkret vaxtını açıqlamayıb.  

Şərhlər