"Azərbaycanın üçrəngli bayrağı hər zaman zirvələrdə dalğalanacaq!" - Diaspora fəalı

10.11.2015 12:46     Siyasi reaksiya     2157

Azərbaycanın üçrəngli bayrağının ilk dəfə təsis olunmasından indiyə qədər qorunub saxlanılmasında saysız hesabsız igid oğul və qadınlar vətən yolunda öz canlarından keçiblər. Hələ 1918-ci ildə Məmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk dəfə qəbul olunan üçrəngli Milli Azərbaycan bayrağı böyük hünər bahasına, şərəfli yollardan keçmiş və bu günümüzə çatdırılımışdır. 1990-cı ildə Azərbycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən qəbul olunan üçrəngli milli bayrağımız növbəti dəfə xalqımızın böyük qan bahasına əldə etdiyi müstəqil Azərbaycanın mühüm dövlət rəmzi və atributuna çevrildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə, bayrağımız həm ölkə daxilində, həm beynəlxalq səviyyədə dünyanın mühüm tədbirlərində dalğalanmağa başladı. Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyev bayrağımızın əbədiləşdirilməsi, önəmi və dəyəri yaddaşlara həkk olunması üçün, 2009-cu ilin 17 Noyabr tarixində, Məmməd Əmin Rəsulzadənin yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin ilk dəfə bayrağımızı qəbul etdiyi 09 Noyabr tarixini “Milli Bayraq Günü” bayramı olaraq qəbul olunması barədə fərman imzaladı. Təbiiki, bu fərmanın imzalanması Azərbaycan xalqının tarixində ən mühüm amillərdən biri idi. Cənab İlham Əliyevin təşəbbüsü ilə, xalqımız hər il bu möhtəşəm günü, “Milli Bayraq Günü” olaraq tən-tənə ilə qeyd edir. Azərbaycan xalqının vətənpərvərlik hissləri yüksək səviyyədədir. Azərbaycan dövlətinin də bütün amalı xalqımızın mütərəqqi inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, övladlarımızın milli ruhda tərbiyə olunması, milli mentalitetimizin, milli dəyərlərin qorunması yönündə addımlamasına və eləcədə Azərbaycanın yüksək inkişafa nail olması, hər zaman bölgənin lider dövləti olaraq qalmasına çalışmaqdır. Gün gələcəkki bu üçrəngli bayraq işğal olunmuş Azərbaycan ərazilərində, Qarabağda, Xankəndində, Şuşada dalğalansın. Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli mənəvi, siyasi qüvvəsi buna qadirdir və Azərbaycan hər zaman bölgənin ən güclü və ən qüdrətli, eləcədə dünyanın ən multikultural, tolerant, dünya mədəniyyətlərarası sivilizasiyanın beşiyi və ən sabit və təhlükəsiz ölkələr sırasında ən birincidir. Azərbaycanın və xüsusən üçrəngli bayrağının daha zirvələrə ucalmasını diləyirəm.

Şərhlər