Gələn həftə Britaniya-Aİ danışıqları başlayır - Donal Tusk

10.11.2015 17:15     Siyasi reaksiya     1886

Avropa Şurasının sədri Donald Tusk Böyük Britaniyanın baş naziri Devid Kemerondan Avropa İttifaqında islahatlarla bağlı təkliflər aldığını bəyan edib.

Reaksiya.az xəbər verir ki, Tusk bu barədə öz “Twitter” hesabında yazıb.

“Aldığımı təsdiqləyirəm. Devid Kemeronun məktubları, Böyük Britaniyanın Aİ  tərkibində qalması barədə danışıqlar indi başlaya bilər”, - deyə D.Tusk bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı konsultasiyalar artıq növbəti həftə başlaya bilər.

Bundan əvvəl D.Kemeron bəyan etmişdi ki, Avropa İttifaqı üzv-ölkələrin siyasətinə daha az təsir etməyə çalışmalıdır.

Şərhlər