MTN-in iki generalı haqqında Baş Prokurorluğa təqdimat göndərildi
10.11.2015 17:49 Siyasi reaksiya 1912
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki generalı haqqında Baş Prokurorluğa təqdimat göndərilib.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bir müddət əvvəl vəzifələrindən azad edilərək sərəncama götürülmüş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov təhlükəsizlik orqanlarından xaric ediliblər və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna təqdim edilib.
Şərhlər