Rusiyasız qlobuslar satışa çıxarılıb

11.11.2015 11:50     Siyasi reaksiya     2559

Estoniyada Rusiyanın göstərilmədiyi qlobuslar satışa çıxarılıb. Reaksiya.az xəbər verir ki, bu barədə Estoniyadakı qəzetlərin birinə müraciət edən sadə vətəndaş məlumt verib. Hadisəni araşdıran eston jurnalistlər isə həmin məlumatın doğru olduğunu müəyyən ediblər.

Belə ki, uşaq mağazasında satılan qlobusların bəzilərində Rusiya heç göstərilmir, bəzilərində isə Rusiya torpaqları göstərilsə də, üstündə adı və ya işarəsi yoxdur.

Lakin qlobusun rusca versiyasında Moskva və Kreml göstərilib.

 

Şərhlər