Qaspıralı Mükafatları Şərqi Türküstana

11.11.2015 12:04     Siyasi reaksiya     2275

"İsmayıl Bəy Qaspıralı Jurnalistika və İnsan Hüquqları Mükafatları" Tokioda sahiblərinə təqdim olunacaq.

Türk xalqlarını birlik və həmrəyliyə çağıran nəşrləri ilə tanınan İsmayıl Bəy Qaspıralının xatirəsinə həsr olunan , Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyi tərəfindən təqdim edilən "İsmayıl bəy Qaspıralı Jurnalistika və İnsan Hüquqları Mükafatları" 13 noyabr 2015 – ci il cümə günü Yaponiyanın paytaxtı Tokioda keçiriləcək mərasimlə təqdim olunacaq.

Reaksiya.az xəbər verir ki, münsiflər heyəti "İnsan Hüquqları Böyük Mükafatı" kateqoriyasında isə Türkiyə və Avrasiya coğrafiyasında Şərqi Türkistan İddiası və xüsusilə insan hüquqları pozuntularına dair gördükləri işlərə görə Şərqi Türkistan Sürgün Hökumətinə mükafata layiq görüb. Bu çərçivədə "İnsan Hüquqları Mükafatı" isə müstəqillik mübarizəsindəki fəaliyyətlərinə görə Çində 12 il məhbəs həyatı yaşamış Şərqi Türkistan Sürgün Hökumətinin başçısı Əhməd İgemberdiyə veriləcək.

Şərhlər