ABŞ-da işçilər minimum əməkhaqqı üçün küçəyə tökülüb

11.11.2015 12:42     Siyasi reaksiya     1956

ABŞ-da işçilər minimum əməkhaqqı saatının 15 dollardan hesablanmasını istəyir. New Yorkda dünən minlərlə fəhlə bu tələblərə görə küçələrə tökülüb

Reaksiya.az xəbər verir ki, ABŞ-da bir çox şəhərdə, saatlıq minimum əməkhaqqı ödənişinin 15 dollara qaldırılması üçün nümayişlər təşkil edib.

Əksəriyyətini fast food sektorundakı işçilərin təşkil etdiyi minlərlə adam, "15 dollar üçün mübarizə" şüarıyla təşkil edilən nümayişlərdə, 2016 – cı ildə keçiriləcək prezident seçkiləri üçün yarışan namizədlərə minimum əməkhaqqı ilə bağlı vədlərini açıqlamaqla bağlı çağırışlar edib.

Nümayişdə çıxış edən New York qubernatoru Andrew Cuomo bildirib ki, əyalət təşkilatlarında çalışan işçilər üçün saatlıq minimum ödənişin 15 dollara çıxarılması üçün təlimat verilib.

Şərhlər