Politoloq: "Azərbaycan bu oyunlardan inamla çıxacaq" - Təhlil

22.06.2015 14:11     Siyasi reaksiya     1851

“Azərbaycan I Avropa Oyunlarından inamlı və daha motivasiyalı çıxacaq”.

Bunu Reaksiya.Az-a açıqlamasında politoloq, Yeni Demokratiya Hərəkatının Təşəbbüs Qrupunun sədri Razi Nurullayev bildirib.

O qeyd edib ki, xarici siyasətdə də oyunların eyforiyası ən azından bir ay davam edəcək: “Sonrakı aylarda isə seçki məsələsi yaxınlaşdıqca, hakimiyyət də həssaslaşacaq və daha diplomatik davranmağa başlayacaq. Bütün bunlara rəğmən, xarici siyasətdə hələlik Avropaya dönüş və ya yaxınlaşma istisnadır Çünki, Azərbaycan Qərbdən ciddi incikdir, elə Qərb də Azərbaycan hakimiyyətindən bir o qədər incikdir. Belə görünür ki, tərəflər arasında anlaşma və yumşalma hələ gözlənilən deyil. Avropa liderləri Birinci Avropa Oyunlarının açılış törənini belə demək olar ki, boykot etdilər. Bununla da hakimiyyət çox narazı düşdü. Bu soyuqluq bir müddət davam edəcək”.

Razi Nurullayev vurğulayıb ki, bu soyuqluğun fonunda isə Rusiya ilə yaxınlaşma ikinci mərhələsinə daxil olacaq: “Yəqin ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli müqabilində Avrasiya İttifaqına qoşulmaq barədə niyyət də ortaya qoya bilər. Bu, Rusiyanın ciddi planları olduğu halda mümkündür. Qərb isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu qeyri-konstruktiv mövqe ilə hakimiyyətin əlinə oynamaqdadır.  Amma, təbii ki, Qərblə də körpülər davam edəcək. Amma, hələ ki, onun üzərindən yüksək və ağır tonnajlı maşınların getməsi real deyil”.

 

Şərhlər

Çox oxunanlar