İrandakı Krım tatar diasporası ilə əlaqə qurulub

11.11.2015 16:09     Siyasi reaksiya     2141

İranda yaşayan Krım tatarları Dünya Krım Tatar Konqresi (DKTK) Baş Katibliyi ilə əlaqə yaradıb.

İranda yaşayan Krım Tatarları DKTK Baş Katibliyi ilə əlaqə yaradıblar. DKTK Baş katibliyindən alınan məlumata görə, təxminən I Dünya müharibəsi illərində Kırımdan çıxaraq əvvəl Qafqaza, daha  sonra İrana yerləşən Krım tatarlarından bir qrup ilə əlaqə qurulub.

Reaksiya.az xəbər verir ki, İranın Türkmənistan sərhədində olan Gülüstan əyalətinin Gonbade Kavus şəhərində yaşayan Krım tatarları, DKTK Baş Katibliyinə bölgədə 100-dən çox Krım Tatarlarının yaşadığını, ana dillərini və mədəniyyətlərini qorumaq üçün səy göstərdiklərini və xüsusilə ATR televiziyasının verilişlərinin İrandakı Krım Tatarları tərəfindən diqqətlə izlədiklərini, ana dillərini bu yayımlar vasitəsi ilə inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.

Şərhlər