Krım Tatarları ukraynalı deputatdan üzr istəməsini tələb edir
11.11.2015 16:43 Siyasi reaksiya 2102
Melitopolda yaşayan Krım Tatarları millət vəkili Yevgeniy Balitskidən Ukraynanın bütün televiziya kanallarında Krım tatarlarından üzr istəməsini tələb edirlər. Qeyd edək ki, Balitski 6 noyabrda keçirilən mitinqdə Krım tatarlarını "faşist milliyyətçilər" adlandırmışdı.
Reaksiya.az xəbər verir ki, aralarında Çonqardan gələn şəxslərin də olduğu fəallar Ukrayna millət vəkili Yevgeniy Balitskinin qərargahının həyətinə maşınların girməsinə icazə verməyiblər. Aksiya iştirakçıları vaxtı ilə bu şəxsə səs verdiklərini,amma artıq bu deputata inanmadıqlarını bildiriblər.
Şərhlər