İsrail Avropa İttifaqının qərarını pisləyib

11.11.2015 17:32     Siyasi reaksiya     2101

İsrail, 1967 sərhədləri içindəki Fələstin torpaqlarında olan yəhudi ərazilərindən çıxarılan malların üstündə "istehsal yerlərinin yazılması" qərarına görə Aİ - ni qınayıb. Reaksiya.az İsrail mətbuatına istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Nahshon Aİ səfirinin nazirliyə çağırılaraq qərardan duyulan narazılığın onun diqqətinə çatdırıldığını söyləyib.

Naxşon verdiyi yazılı açıqlamada İsrailin Aİ-nin, 1967-ci ildən bəri İsrail idarəsində olan yerlərdə istyehsal olunan məhsulları etiketleme (çıxarıldığı yeri yazma) qərarını pislədiyini bildirib. Aİ-nin siyasi səbəblərlə və boykot hərəkətindən təsirlənərək, İsrailin vətəndaşlarını hədəf alan terror dalğası üzləşdiyi bir dövrdə belə ayrı-seçkiliyi ehtiva edən bir qərar almasını təəssüflə qarşıladıq.

Aİ-nin dünyadakı 200-dən çox regional anlaşılmazlığı gözardı edərək İsrailə qarşı çaşdırıcı və narahat edici bir ikili standart tətbiq yolunu seçdiyini müdafiə edən Naxşon, bunları qeyd edib:

"Aİ - nin bu qərarının texniki bir qərar olduğunu şərhi olduqca əsassız və gülünc bir iddiadır. Məhsulların etiketlənməsi fələstinlilərlə İsrail arasındakı heç bir siyasi prosesin irəliləməsinə qatqı təmin etməz. Tam əksinə bu vəziyyət fələstinlilərin İsraillə birbaşa danışıqlara başlamağı rədd etməsini dəstəkləyir. Aİ isə bu danışıqların başlamasını dəstəklədiyi iddiasındadır. Aİ-nin məhsulların etiketlənməsi ilə əlaqədar bu qərarı, İsrailin boykot edilməsini müdafiə edən və bu ölkənin varlığını tanımaq rədd edən radikal ünsürləri gücləndirəcəkdir. Bu vəziyyət Aİ-nin siyasi duruşu ilə ziddiyyət təşkil etməkdədir. Bu qərar, Aİ-nin (Fələstin-İsrail məsələsində) oynamaq istədiyi rolla əlaqədar sual işarələri doğurmuşdur. Bunun İsrail-AB əlaqələri baxımından da nəticələri ola bilər".

Şərhlər