Rusiya beynəlxalq təşkilatın işini yoxlamağı təklif edir
11.11.2015 18:04 Siyasi reaksiya 1768
Rəsmi Moskva ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) işi üzrə audit aparılmasının tərəfdarıdır.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov deyib.
O bildirib ki, bu və ya digər bürokratik institutlara xərclərin artırılması kimi sonsuz tələblərə görə auditin aparılması qanuni məsələdir.
A.Meşkov DTİHB-nin ATƏT-dən ayrı müstəqil qurum olmasına dair bəyanatını kəskin tənqid edib:
"Bu, ATƏT-in institutudur. Kim deyib ki, hər hansı ölkəyə, məsələn, Azərbaycana 270, Almaniyaya isə cəmi 2 müşahidəçi göndərmək lazımdır? DTİHB-nin fəaliyyətinə nəzarət etmək lazımdır. Buna görə də Büronun auditinin aparılması məntiqidir".
Şərhlər