Ukraynanın NATO-ya nə zaman girə biləcəyi açıqlanıb
12.11.2015 10:48 Siyasi reaksiya 2595
Poroşenko: "NATO standartlarına uyğun gəlmək üçün Ukraynanın ən azından 6-7 ilə ehtiyacı var".
Ukrayna prezidenti Petro Poroşenko, NATO-ya üzvlük şərtlərinin uyğun gəlmək üçün Ukraynanın ən az 6-7 ilə ehtiyacı olduğunu açıqlayıb. Reaksiya.az xəbər verir ki, DW müxbirinə danışan Poroşenko bunları deyib: "NATO standartlarına uyğun gəlməyimiz vacibdir. Amma bu bu gün, sabah və ya gələn il olmayacaq".
Petro Poroşenko Ukraynanın suveren və müstəqil bir dövlət olduğunu da sözlərinə əlavə edib: “Nə Rusiyadan, nə də başqa birisindən icazə almağımız lazımdır. Ölkədə islahatlar həyata keçirməliyik. Standartlara uyğun gəlmək üçün ən az 6-7 ilə ehtiyacımız var. Bu işi görməliyik. Ancaq ondan sonra referendum təşkil edib ukraynalılara, NATO üzvü olmaq istəyib istəmədiklərini soruşacağıq".
İki il əvvəl NATO üzvlüyünü Ukraynalıların 16% -nin dəstəklədiyini izah edən Poroşenko, hazırda Ukrayna əhalisinin 60% -nin NATO-ya üzv olmaq istədiyini bildirib.
Poroşenko eyni zamanda hazırda NATO-nun, yeganə təsirli təhlükəsizlik sistemi olduğunu söyləyib.
Şərhlər