Ümid edirik ki, prezidentlər həmsədrlərin yeni təkliflərinə açıq olacaqlar - ABŞ səfiri

12.11.2015 13:57     Siyasi reaksiya     1709

“ABŞ ümid edir ki, Azərbaycan və Ermənistan prezidentləri təmas xəttində gərginliyi azaltmaq üçün vacib olan məsələlər və addımlar ətrafında hərtərəfli müzakirə aparacaqlar”.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşü ilə bağlı danışan ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib. O bildirib ki, ABŞ hər iki ölkə prezidentinin ilin sonuna kimi görüşmək barədə qərarından məmnundur:

“Bu, hər iki tərəfdən atılmış müsbət addımdır. Biz ümid edirik ki, prezidentlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin yeni təkliflərinə açıq olacaq və onları müzakirəsinə hazırlıq nümayiş etirəcəklər”.  

Şərhlər