"İqtisadiyyatın əsas problemi inhisarçılıqdır!" - Baş nazir
12.11.2015 14:05 Siyasi reaksiya 2287
Ukraynanın baş naziri Arseniy Yatsenyuk hökumətin lazımi qanun layihələrini qəbul etməsindən sonra Odessa Limanının satılacağını vəd edib.
Ukraynanın baş naziri Arseniy Yatsenyuk parlamentdə etdiyi çıxışda Ukrayna iqtisadiyyatının əsas probleminin uzun illər boyu yaradılan inhisarçılıq olduğunu söyləyib.
Reaksiya.az xəbər verir ki, Ukrayna parlamenti iqtisadiyyatda islahatların keçirilməsi məqsədiylə Ukrayna millət vəkilləri və hökumət tərəfindən təqdim edilən qanun layihələrini qəbul etməyə hazırlaşır.
Belə ki, bu gün parlamentdə Antiinhisar Komitəsinin fəaliyyətlərini təşkil edəcək qanun layihəsi qəbul edilib.
Ukraynanın Avropa İttifaqı ilə imzaladığı Tərəfdaşlıq müqaviləsinin öhdəlikləri çərçivəsində həmin qanun layihələrini qəbul etməlidir.
Şərhlər