MTN əməliyyat keçirdi

12.11.2015 16:17     Siyasi reaksiya     2018

Azərbaycana qanunsuz olaraq narkotik vasitə daşınmasının qarşısı alınıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, nazirlik tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan - 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb, Cəlilabad rayon sakinləri Yunusov Cəmil Şadyar oğlu və Seyfullayev İlham Sultanağa oğlu şübhəli şəxs qismində tutulublar.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Şərhlər