Mirzə Sakitdən Rüstəm İbrahimbəyova sərt cavab

22.06.2015 15:27     Siyasi reaksiya     2863

"Azərbaycan ziyalısı bu qədər satqın və arsız adam ola bilməz"

Rüstəm İbrahimbəyovun Rusiya nəşri “The New Times”a verdiyi müsahibədə səsləndirdiyi fikirlər Avropada mühacirətdə yaşayan satirik şair Mirzə Sakitin sər tənqidinə tuş gəlib.

Mirzə Sakit Reaksiya.Az-a açıqlamasında Rüstəm İbrahimbəyovun "Ermənilər bizim düşmənlərimiz deyillər" açıqlamasına belə münasibət bildirib: "Onu deyə bilərəm ki, torpaqlarımızın 20 faizindən çoxunu işğal edən, bizə bir milyon qaçqın həyatı yaşadan, bütün tarixi abidələrimizi məhv edib özününküləşdirən, yüzlərlə soydaşlarımızı girovluqda saxlayan, on mindən çox insanlarımızı qətlə yetirən bir millətlə dost olmaq istəyən azərbaycanlı ziyalısı bu qədər satqın və arsız adam ola bilməz".

Rüstəm İbrahimbəyovun Rusiya tərəfindən ilhaq olunmuş, beynəlxalq aləmdə Ukrayna ərazisi kimi tanınan Krım haqqında "Rusiya ərazisidir" deməsi də Mirzə Sakitin qınağından kənar qalmadı: "Bu da onun gerçəkdən də Rusiyanın əlində bir alətə çevrilməsinin əyani təsdiqidir, yəni ki, özü-öz kimliyini təsdiq edir.. Bir də deyir ki, prezident seçkiləri ərəfəsində mənə şərt qoyulmuşdu ki, mən prezidentliyə namizəd olum. Bu şərtin kimlər tərəfindən qoyulması önənli deyil, önəmli olan odur ki, şərt əsasında hərəkət edən birisinin hələ də Milli Şuranın fəxri sədri postunda qalması həmişə dediyim kimi Milli Şuranın oyunçu, yaxud da oyunbaz bir yararsız qurum olduğunun göstəricisidir".

Şərhlər

Çox oxunanlar