Müdafiə naziri isveçrəli səfir ilə görüşdü

12.11.2015 17:16     Siyasi reaksiya     1730

Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüşüb.

Reaksiya.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər