Arif Məmmədov diplomatik rütbəsindən məhrum edildi

13.11.2015 17:45     Siyasi reaksiya     2126

Azərbaycan Respublikası Prezidenti  İlham Əliyev A.Z.Məmmədovun Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.

Reaksiya.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilsin.

 

 

 

Şərhlər