Milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad olunub
14.11.2015 00:48 Siyasi reaksiya 1649
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev vəzifəsindən azad olunub.
Reaksiya.az bu barədə APA-ya istinadən məlumat verir.
Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib. Milli təhlükəsizlik nazirinin birinici müavini vəzifəsinə isə general-leytenant Mədət Quliyev təyin edilib.
Şərhlər