İlham Əliyev fransalı həmkarına başsağlığı verdi

14.11.2015 09:29     Siyasi reaksiya     1710

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda başsağlığı verib.

Reaksiya.az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.”

Şərhlər