Prezident din xadimlərini təltif etdi
16.11.2015 13:35 Siyasi reaksiya 1920
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Din xadimlərinin və dini icma rəhbərlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Reaksiya.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Beynəlxalq tolerantlıq günü münasibətilə, Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:
Allahşükür Hümmət oğlu Paşazadə
Aleksandr Gennadyeviç İşein
Vladimir Fekete
Milix İlxananoviç Yevdayev
Gennadi Konstantinoviç Zelmanoviç
Robert Baqratoviç Mobili"
Şərhlər