İlham Əliyev Fransaya işgüzar səfərə gedib
17.11.2015 01:12 Siyasi reaksiya 1807
Noyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfərə gəliblər.
Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, Parisin Orli beynəlxalq aeroportunda dövlətimizin başçısını və xanımını Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, noyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb.
Şərhlər