ABŞ-dan yüksək vəzifəli şəxslərin Azərbaycana səfəri gözlənilir - Səfir

17.11.2015 11:45     Siyasi reaksiya     1866

“Gələn həftə ABŞ-dan olan ticarət missiyasının və yüksək vəzifəli şəxslərin Azərbaycana səfəri gözlənilir”. 

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.  Onun sözlərinə görə, hansı nümayəndə heyətinin gəlməsindən asılı olmayaraq, onlar 2 ölkə arasında ümumi əlaqələrə toxunur:

"Bəzən xüsusi sahələrə də diqqət ayrılır. Amma kimin gəlməyindən asılı olmayaraq, ölkələrimizin əməkdaşlıq etdiyi 3 əsas sahə - insan haqları, demokratiya təhlükəsizlik və iqtisadiyyat sahəsində müzakirələr aparılır".

Şərhlər

Çox oxunanlar