Millət vəkilindən cərimə - Açıqlaması
17.11.2015 14:14 Siyasi reaksiya 1981
Millət vəkili Rafael Hüseynov maşının cərimə olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
Reaksiya.az Qafqazinfo-ya istinadən xəbər verir ki, R. Hüseynov açıqlamasında bildirib ki, o cərimə olumayıb:
“Həmin maşın mənə məxsus deyil. Ora mənim iş yerimin yaxınlığıdır. Hadisə tanışların başına gəlib. Polis onları cərimələyib. Mən də yaxınlaşıb məsələnin nə yerdə olduğunu öyrənməyə çalışırdım. Deyəsən, onlar piyada xəttini tapdalayıbmış. Polislərdən xahiş etdim ki, tanışlara mənim yanıma necə gəlməyi başa salsınlar”.
Qeyd edək ki, criminal.az saytı bu gün millət vəkili Rəfael Hüseynovun cərimələnməsi ilə bağlı video məlumat yayıb. Məlumatda bildirilir ki, yol polisi qaydanı pozduğuna görə millət vəkili Rafael Hüseynovun olduğu Prado markalı avtomobili saxlayıb, millət vəkilinin xahişinə baxmayaraq onu cərimələyib.
Şərhlər