Latviyalı nazir Azərbaycana səfər edəcək

18.11.2015 00:37     Siyasi reaksiya     1634

Latviyanın iqtisadiyyat naziri Dana Reysniese Ozola yaxın günlərdə Azərbaycana səfər edəcək.

Reaksiya.az xəbər verir ki, bunu APA-nın Riqada olan əməkdaşına Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin baş direktoru Andris Ozols deyib.

O bildirib ki, noyabrın 24-də Azərbaycanda Latviya Günləri start götürəcək. Tədbirlər zamanı Latviya istehsalı olan məhsulların sərgisi keçiriləcək və satışı təşkil ediləcək.

Bundan başqa, Heydər Əliyev sarayında latviyalı rəssamların sərgisi keçiriləcək. Sərgidə Latviyanın məşhur rəssamlarının əsərləri nümayiş olunacaq.

 
A. Ozols qeyd edib ki, Latviya dünya bazarına çıxmaq üçün Azərbaycanla iqtisadi və ticarət əlaqələrinə böyük önəm verir. 

 

Şərhlər

Çox oxunanlar