Rusiyada İŞİD-ə kim kömək edir? - Yeni terror aktlarının qarşısı alına bilər mi?

18.11.2015 09:39     Siyasi reaksiya     2258

İŞİD Rusiya üçün nə qədər təhlükəlidir? Rusiyada yeni terror aksiyaları baş verə bilərmi? İŞİD -ə Rusiyada kim kömək edir?

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiyanın “Moskovski Komsomolets” qəzeti ekspertlər arasında sorğu keçirib:

Aleksey Makarkin (Siyasi Texnologiyalar Mərkəzinin sədr müavini): “İŞİD uzun müddətdir Rusiyada fəaldır. Bir çox silahlı yeraltı Qafqaz təşkilatı da ona dəstək verir. Qafqaz könüllüləri əvvəllər “Əl Qaidə”yə dəstək verirdilər. İŞİD digər terror təşkilatlarının əksinə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlara xitab edir. Bu şəxslərin içində təhsil səviyyəsi yüksək olanlar da var və onlar təşkilatın əsas beyin mərkəzlərini meydana gətirirlər. Təhlükəli olan da budur.

Rusiyada dövlət təhlükəsizliyinin təmin edilməsi ilə insan hüquqlarının qorunması arasında tarazlıq qurulmalıdır. Sərhədləri bağlamaq və şübhəlilərin kütləvi olaraq həbs həll variantı deyil”.

Yevgeni Satanovski (Yaxın Şərq İnstitutunun direktoru): “Ölkə rəhbərlərinin Fransadakı kimi düşünülməmiş addım atmaları halında, terroristlərin qanlı məqsədlərinə çatma ehtimalları 100 faizdir. Fərqli davranacaq olsalar terrorçuların şansları sıfıra bərabər ola bilər. Rusiya terrorla mübarizədə çox böyük təcrübə sahibdir və bizim təhlükəsizlik xidməti əməkdaşlarımızın fransalı həmkarlarına görə daha çox möhkəm əlaqələri var.

Hər 100 min nəfərə düşən təhlükəsizlik qüvvələrinin sayını azaltmaq təhlükəsizliyimizə necə təsir edəcək? Hökumət qəribə davranır və terroristlərin ən yaxşı dostları isə təhlükəsizlik büdcəsinin məhdudlaşdırılması kimi atılan qəribə addımlardır. Biz indi 5 itə qənaət edək, amma sonra terror hərəkətlərinin ziyanlarını ortadan qaldırmaq üçün bunun yüz qatını ödəməli olacağıq”.

Şərhlər

Çox oxunanlar