"Mənə sataşanları Allaha həvalə edirəm” - Keçmiş millət vəkili

18.11.2015 12:56     Siyasi reaksiya     2396

Bəzi saytlarda informasiya yayılıb ki, keçmiş deputat, psixologiya elmləri üzrə fəlsəfə doktoru Gülər Əhmədova Bakı Dövlət Universitetinin (BDU) müəllimi vəzifəsindən azad olunub.

Həmçinin, Gülər Əhmədovaya BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2015-2016-cı tədris ilində dərs saatı verilmədiyinə görə, keçmiş millət vəkilinin öz ərizəsi ilə işdən çıxdığını qeyd ediblər.

İşdən çıxmasının səbəblərini öyrənmək üçün Reaksiya.az olaraq Gülər Əhmədova ilə əlaqə saxladıq.

Onunla söhbətimiz zamanı maraqlı fakt ortaya çıxdı.

O, bu xəbərin köhnə olduğunu və indi yayılmasının məqsədli şəkildə ortaya atıldığını bildirib: “Mənim haqqımda bu cür ajiotaj yaratmaq, kimisə harasa yönləndirmək, oxuculara yanlış məlumat vermək birbaşa mənə qarşı təxribatdır.  Mən onlara təklif edirəm ki, daha köhnə ağalarının olmadığını yadlarına salsınlar və onların diqtəsi ilə iş görməməli olduqlarını anlasınlar. Bu çox köhnə informasiyadır, onu niyə bu situasiyada ortaya çıxartdıqlarını bir özləri, bir də başbilənləri bilir. Bu adamlar hansısa kampaniya aparırlar mənə qarşı. Mənə sataşana Allah satışır, onları da Allaha həvalə edirəm”.

Həmçinin, G. Əhmədova 2012-ci ildən pedaqoji fəaliyyətlə məşğul olmadığını qeyd edib: “Mən 2012-ci ildən pedaqoji fəaliyyətlə məşğul olmuram. Mən orda dərs deməmişəm, necə ola bilər məni indi çıxartsınlar? Bakı Dövlət Universitetinin rəhbərliyi ilə də aramda heç bir problem yaşanmayıb”. 

Şərhlər