Rusiya təyyarəsindəki terror dövlətə qarşı hücuma bərabərdir - Lavrov

18.11.2015 14:42     Siyasi reaksiya     1740

“Rusiyanın A321 təyyarəsində baş vermiş terror aktı dövlətə qarşı hücuma bərabərdir”.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

O qeyd edib ki, Rusiya özünü müdafiə etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Bura siyasi, hərbi, xüsusi xidmət orqanları xətti, kəşfiyyat və digər vasitələr daxildir.

Lavrov əlavə edib ki, artıq xüsusi xidmət orqanları xətti ilə bir sıra dövlətlər A321 təyyarəsindəki terrorda günahkar olanların axtarışı üçün öz köməyini təklif edib.

Suriyada fəaliyyət göstərən qruplaşmaların “qara siyahı”ya daxil edilməsinə gəldikdə isə Rusiya XİN rəhbəri qeyd edib ki, yekun siyahını İordaniya hazırlayacaq. Lavrov onu da bildirib ki, Moskva dünya ictimaiyyətinin terror qruplaşmalarının maliyyələ

Şərhlər