“500 min uşaq acdır” - Anthony Lake

18.11.2015 16:03     Siyasi reaksiya     2327

BMT-nin məlumatlarına görə, qarşıdurmaların davam etdiyi Yəməndə yarım milyon uşaq aclıq ucbatından həyati təhlükə ilə qarşı-qarşıyadır. Uşaqlar inkişaflarını tamamlaya bilmirlər.

Reaksiya.az xəbər verir ki, BMT Uşaqlara Kömək Fondu UNICEF – in direktoru Anthony Lake tərəfindən verilən açqılamada yemək tapa bilmədiklərinə görə uşaqların inkişafdan qaldıqları və az inkişaf etmiş uşaqların sayında ciddi artışların olacağı qeyd olunub.

UNICEF uşaqlar arasında aclığın dramatik bir hal almasının əsas səbəbinin qarşıdurmalar ucbatından humanitar yardımların ölkəyə çatdırılmasında yaranan problemlər olduğunu ifadə edib. UNICEF və digər yardım təşkilatlarının yardımlarının münaqişə zonasına çatdırılmasına maneələr törədildiyinə diqqət çəkən UNİCEF rəsmisi mövcud vəziyyətin gündən günə daha da pisləşdiyinə diqqət çəkib, ən qısa müddətə ölkədə siyasi bir həll variantının tapılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Yəməndə 2014 – cü ilin sentyabrından dövlət başçısı Abdurrabu Mansur Əl Hadiyə bağlı qüvvələrlə şiə husilər və sabiq dövlət başçısı Əli Abdullah Salehini dəstəkləyən qruplar arasında qarşıdurmalar davam edir.

Şərhlər