Alman ordusunun Əfqanıstan və Aralıq dənizindəki müddəti uzadılır

18.11.2015 16:52     Siyasi reaksiya     2247

Almaniyanın Nazirlər kabineti silahlı qüvvələrin Əfqanıstandakı vəzifə müddətinin uzadılmasını qərara alıb. Reaksiya.az xəbər verir ki, yeni ildən etibarən 980 nəfər alman hərbçi NATO missiyası daxilindəki yerli silahlı qüvvələrin təhsil və məsləhətləşmə işlərində iştirak edəcək. Daha əvvəl Əfqanıstandakı alman əsgərlərinin sayı 850 nəfər idi. Müddətin uzadılması ilə bağlı qərar məclisdə təsdiqlənməlidir.

Nazirlər Kabinetinin gündəmində alman dəniz qüvvələrinin Aralıq dənizidəki Active Endeavour terrorla mübarizə missiyasıdakı vəzifə müddətinin uzadılması da var. Alman donanmasının vəzifə müddəti bu ilin sonunda başa çatır.

Almaniya Nazirlər Kabinetinin gündəmində eyni zamanda pensiya sığortası hesabatı, heyvan hüquqlarının qorunması hesabatı, iqlimlə bağlı hesabat və binalardakı enerji məhsuldarlığının artırılmasında izləniləcək strategiya ilə bağlı mövzular var.

Şərhlər