Kəmaləddin Heydərov Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

18.11.2015 17:40     Siyasi reaksiya     1802

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov noyabrın 18-də Türkiyə Respublikasının Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zəki Çolak ilə görüşüb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, bu sahədə dost və qardaş Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıqdan bəhs edib.

Ordu generalı Salih Zəki Çolak görüşə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi Türkiyə Respublikası Quru Qoşunlarının aidiyyəti qurumlarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaq nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalının fəaliyyəti ilə tanış olub. 

Şərhlər