İran və Rusiya arasındakı razılaşmalar iki ölkə prezidentlərinin iştirakı ilə imzalanacaq - Vaizi

19.11.2015 13:17     Siyasi reaksiya     2191

İran İslam Respublikası Rabitə və Texnologiya naziri Mahmud Vaizi, İran və Rusiya arasında 8 razılaşmanın iki ölkə prezidentlərinin iştirakı ilə imzalanacağını bildirib.

Reaksiya.az xəbər verir ki, Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin ilə Tehranda görüşən Vaizi iki ölkə arasındakı layihələrin həyata keçirilməsi üçün 5 milyard dollarlıq bir kredit təsis ediləcəyini, həmçinin iki milyard dollarlıq başqa bir kreditin də ortaq layihələrdə istifadə etmək üzrə təsis ediləcəyini bildirib.

Rusiyanın böyük bir bazar olduğunu ifadə edən Vaizi İranın 19 adda ixrac məhsulunun qiymətlərinin Rusiya üçün aşağı salınacağını sözlərinə əlavə edib. Roqozin də iki ölkə arasında əlaqələrinin daim inkişaf edəcəyini ifadə edərək, tərəflərin bir birinin potensialına tam olaraq bilmədiyini qeyd edib.

Ticarət əlaqələrinin dəstəklənməsinin iki ölkə əlaqələrinin inkişafında əhəmiyyətli təsiri olacağını bildirən Roqozin Rusiya prezidentinin gələn həftə Tehrana səfər edəcəyini vurğulayıb.

Şərhlər